Arsenal türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

06.06.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərənin "Arsenal" klubu "Qalatasaray"ın və Türkiyə millisinin ulduz futbolçusu Barış Alper Yılmazın transferi üçün rəsmi məlumat alıb.

Fanat.Az  "Sabah" qəzetinə istinadən xəbər verir ki, London təmsilçisi 26 yaşlı vingerin durumunu yaxından izləyir.

Hazırda transfer bazarında təxmini dəyəri 30 milyon avro olan futbolçu üçün "Qalatasaray" rəhbərliyi daha yüksək tələb irəli sürüb.

"Sarı-qırmızılı" klub Barış Alper Yılmazı komandadan buraxmaq üçün rəsmən 50 milyon avro tələb etdiyini ingilislərin diqqətinə çatdırıb.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью