Sia Az saytına istinadən Icma.az xəbər verir.
“Arsenal” klubu qarşıdakı qış transfer pəncərəsində heyətinə ən azı üç yeni futbolçu qatmağı planlaşdırır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
London təmsilçisi müdafiə xəttini gücləndirmək üçün Lissabon “Sportinq”inin futbolçusu İvan Fresnedanı transfer etmək istəyir. Hücumun cinahını gücləndirməyi planlaşdıran İngiltərə klubu “RB Leypsiq”də çıxış edən norveçli Antonio Nusa ilə də maraqlanır.
Bundan əlavə, “Arsenal” “Bornmut”un gənc fransalı hücumçusu Eli Junior Krupi ilə müqavilə imzalamağı hədəfləyir.
Qeyd edək ki, Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” hazırda İngiltərə çempionatının turnir cədvəlinə liderlik edir.