Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Futbol üzrə İngiltərə Premyer Liqasında XV tura start verilib.
"Unikal" xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. Lider “Arsenal” səfərdə “Aston Villa”ya 1:2 hesabı ilə uduzub.
İkinci pillədə qərarlaşan “Mançester Siti” öz meydanında “Sanderlend”in qapısından 3 cavabsız qol keçirib.
“Çelsi” – “Bornmut” görüşündə qapılara qol vurulmayıb. Günün son matçında bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən “Liverpul” “Lids”in
Mersisayd klubu hesabda öndə olmasına baxmayaraq, əlavə vaxtda qələbəni əldən verib - 3:3.
Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb: “Everton” – “Nottingem” - 3:0 “Nyukasl” – “Börnli” - 2:1 “Tottenhem” – “Brentford” - 2:0 Qeyd edək ki, turun digər oyunları dekabrın 7-də və 9-da keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.