“Arsenal” UEFA Çempionlar Liqasının ilk finalçısı olub

06.05.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının ilk finalçısı müəyyənləşib.

"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın "Atletiko" komandası İngiltərədə "Arsenal"ın qonağı olub.

Qarşılaşma "Emireyts" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Matç "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, ilk görüşdə qalib müəyyənləşməyib - 1:1

Qeyd edək ki, digər finalçı bu gün bəlli olacaq. "Bavariya" Almaniyada Fransanın PSJ kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Birinci qarşılaşmada sevinən tərəf parislilər olublar - 5:4.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью