Arsenal və Çelsi Almaniyada yeni yarımmüdafiəçi tapıb

14.06.2025

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Leypziq"in yarımmüdafiəçisi Antonio Nusanın İngiltərə Premyer Liqasında işləmək imkanı var.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 20 yaşlı futbolçu ilə Londonun “Arsenal” və “Çelsi” klubları maraqlıdır.

"Transfermarkt" norveçli futbolçunun qiymətini 28 milyon avro olaraq qiymətləndirib.

Ötən mövsüm Nusa komandasının heyətində 40 oyuna çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun Almaniya klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.

"Brayton" 39 yaşlı yarımmüdafiəçisi ilə müqavilə yeniləyib Fred Premyer Liqaya qayıda bilər “Mançester Yunayted” seçim qarşısında: Qyökereş, yoxsa Osimhen? "Milan" istədi, "Yuventus" buraxmadı "Atletiko" "Bayer"in müdafiəçisini transfer edəcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью