“Arsenal” və “Mançester Siti” seneqallı üçün “yarışır”

27.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Everton”un futbolçusu İliman Ndiayi klubunu dəyişə bilər.

Futbolpress.az xəbər verir ki, “Arsenal” və “Mançester Siti” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Ben Ceykobs məlumat yayıb.

26 yaşlı futbolçu özü də böyük klubda oynamaq arzusundadır. “Arsenal” indiki məqamda transferdə bir addım öndədir.

Ndiayi ötən mövsüm Premyer Liqada 32 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib. Onun “Everton”la müqaviləsi 2029-cu ilin yayına kimidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью