Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Leyptsiq"in yarımmüdafiəçisi Antonio Nusa karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Arsenal" və "Tottenhem" norveçli futbolçunu heyətinə qatmaqda maraqlıdır. Bu barədə "Teamtalk" məlumat yayıb.
Futbolçu 4 oyun keçirib 1 qol vurduğu və matçlardan birində ən yaxşı oyunçu seçildiyi dünya çempionatındakı çıxışı ilə İngiltərə klublarının diqqətini çəkib. "Leyptsiq" cinah oyunçusunu 50-60 milyon avro dəyərində qiymətləndirir.
Antonio Nusa 2024-cü ildə 21 milyon avro qarşılığında "Brügge"dən "Leyptsiq"ə keçib. Onun müqaviləsi 2029-cu il iyunun 30-dək nəzərdə tutulub. Futbolçu 2025/26 mövsümündə Almaniya klubu ilə bütün turnirlərdə 35 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi