Arsenal və Yuventus hücumçularını dəyişə bilər

17.12.2024

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Arsenal" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, London klubunun əsas hədəfi "Yuventus"da çıxış edən Duşan Vlahoviçdir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Arsenal" serb hücumçu üçün qarşı tərəfə Qabriel Jezuşu və müəyyən məbləğdə pul verməyə hazırdır. Premyer Liqa nəhəngi yanvar ayında "Yuventus"a rəsmi müraciət edəcək.

"Yuventus" Qabriel Jezuşu heyətinə qatmaq təklifinə isti yanaşır. Tərəflər arasında maddi məsələlərdə fikir ayrılığı olmasa, transfer mübadiləsi baş tutacaq.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью