Arsenal Viktor Dyökereş transferində son sözünü dedi

29.09.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

İtaliyanın "Milan" klubunun "Arsenal"ın hücumçusu Viktor Dyökereşi icarəyə götürmək istəyi London təmsilçisi tərəfindən rədd edilib.

Fanat.Az insayder Karlo Pelleqattiyə istinadən xəbər verir ki, İtaliya giqantı futbolçunun vəziyyətini öyrənmək üçün ilk təmaslara başlasa da, İngiltərə klubu onu icarəyə verməkdən qətiyyətlə imtina edib.

"Topçular" isveçli hücumçunun yalnız tam transferini nəzərdən keçirə biləcəyini və bunun üçün 60 milyon sterlindən çox məbləğ tələb etdiyini bildirib.

"Milan" böyük maliyyə öhdəliyini üzərinə götürməyə razı olmasa, qış transfer pəncərəsində bu keçidin reallaşması imkansız görünür. 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью