Arsenal Vinisius Juniorun transferi üçün yüksək məbləğdə maaş təklif edib

26.07.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, London klubu vingerin klubu ilə müqaviləni yeniləməkdə çətinlik çəkməsi fonunda bu transfer variantını ciddi şəkildə nəzərdən keçirir.

Hazırda "Arsenal"da ən yüksək məvacib alan futbolçunun illik vergilər çıxılmadan təxminən 15,6 milyon funt-sterlinq (18,2 milyon avro) qazanan Bukayo Saka olduğu bildirilib.

Vinisiusun "Real"dakı xalis maaşı isə vergilər ödənildikdən sonra təxminən 14,9 milyon avro təşkil edir. Madrid təmsilçisi futbolçuya 20 milyon avrodan çox maaş təklif edib. Lakin braziliyalı ulduz təqribən 30 milyon avro qazanmaq niyyətindədir.

Xatırladaq ki, 25 yaşlı vingerin "Real"la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.(qaynarinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью