Arsenal xal itirdi

05.04.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXI tura start verilib.

"Unikal" xəbər verir ki, açılış oyununda "Arsenal" səfərdə "Everton"la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçda ilk qolu qonaqlar vurublar. Leandro Trossard 34-cü dəqiqədə komandasını hesabda önə keçirib. Qarşılaşmada son nöqtəni isə 49-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Lliman Ndiaye qoyub.

Bu nəticədən sonra "Arsenal" 62 xalla 2-ci, "Everton" isə 35 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları bu gün və sabah oynanılacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью