“Arsenal” yeni müdafiəçi alır

14.07.2025

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Valensiya”nın müdafiəçisi Kristian Moskera “Arsenal”la şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, London klubu  “Valensiya” ilə  də anlaşmağa yaxındır. Tərəflər arasında danışıqlar davam edir.

Moskera 2016-cı ildən “Valensiya”da çıxış edir. 2024/25 mövsümündə 21 yaşlı ispaniyalı bütün yarışlarda 41 oyun keçirib və 1 qol vurub.

“Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью