Arsenal yunan hücumçuya elçi düşüb

11.07.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Brügge"nin hücumçusu Xristos Tzolis karyerasını "Arsenal"da davam etdirməyə yaxındı. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, "topçular" bu yay London klubuna qoşulmaqda maraqlı olan 24 yaşlı yunan futbolçunun agentləri ilə danışıqları davam etdirirlər. "Arsenal" yunanı hazırda "Beşiktaş"ın maraq dairəsinə düşən Leandro Trossardonun potensial əvəzedicisi kimi görür. 

Qeyd edək ki, Belçika klubu ilə 2029-cu ilə qədər müqaviləsi olan hücumçu ötən mövsüm bütün turnirlərdə 52 oyunda meydana çıxıb, 22 qol vurub və 29 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью