Arsenal Yurrien Timberlə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib

18.11.2026

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

İngiltərənin "Arsenal" klubu niderlandlı futbolçu Yurrien Timberlə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Tərəflər 2031-ci ilin iyun ayınadək qüvvədə olacaq müqavilənin şərtlərini razılaşdırıblar.

Yaxın günlərdə London təmsilçisinin mətbuat xidməti bu barədə rəsmi açıqlama yayacaq.

Qeyd edək ki, "Arsenal" 2023-cü ildə Timberi Niderlandın "Ayaks" klubundan 40 milyon avroya transfer edib. 25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 10 oyunda iştirak edərək 1 qolla yadda qalıb.

"Transfermarkt" portalı müdafiəçinin qiymətini 70 milyon avro olaraq dəyərləndirir.

///report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью