“Arsenal” zədə problemlərinə görə Maynoya yönəldi

02.12.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Arsenal” zədə problemlərinə görə Maynoya yönəldi

“Arsenal” klubu qış transfer pəncərəsində “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobi Maynonu heyətinə qatmağı planlaşdırır.

QOL.az xəbər verir ki, “ESPN”nin məlumatına görə, “topçular” 20 yaşlı futbolçunu zədələrə meyilli olan Martin Edeqora alternativ olaraq heyətinə cəlb etməyi planlaşdırır. Cari mövsümdə zədə səbəbindən 66 gün komandanı tək qoyan norveçli kapitanı sığortalamaq üçün ən real variantın Maynonun qısamüddətli icarəyə götürülməsi olduğu bildirilir.

Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 10 oyunda iştirak edən Kobi Mayno 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью