Arsenal zədələnən hücumçusunun əvəzinə...

20.08.2025

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Arsenal" Kay Havertsin əvəzlənməsi üçün böyük pul xərcləməyi planlaşdırmır. Bu gün alman futbolçunun dizindən zədələndiyi məlum olub.

Sportal.az xəbər verir ki, "The Telegraph"ın məlumatına görə, əgər zədə ciddi olsa, "topçular" "Real"dan Rodriqonu almağa çalışmayacaqlar. Əvəzində icarə əsasında və ya az məbləğə transfer oluna biləcək oyunçu axtaracaqlar.

Bildirilir ki, böyük vəsait xərcləmək istəməmələri səbəbindən Ceymi Vardi ilə razılaşma variantlardan biri ola bilər.

Potensial namizədlər arasında həmçinin Marko Asensio (PSJ), Ebereçi Eze ("Kristal Pelas") və Nikolas Cekson ("Çelsi") göstərilir, amma müxtəlif səbəblərdən bu keçidlərin baş tutma ehtimalı azdır.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью