“Arsenal”a Kenan Yıldız cavabı: “Satılmır”

09.06.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərənin “Arsenal” klubu “Yuventus”un futbolçusu Kenan Yıldızla maraqlanıb.

Apasport.az xəbər verir ki, London klubu türkiyəli cinah yarımmüdafiəçisinin vəziyyətini öyrənmək üçün Turin təmsilçisi ilə əlaqə saxlayıb.

“The Athletic”in məlumatına görə, “Yuventus” Kenan Yıldızla bağlı mövqeyini qəti şəkildə bildirib. İtaliya klubu “Arsenal”a futbolçunun satılıq olmadığını çatdırıb.

Bu cavabdan sonra İngiltərə təmsilçisi transfer siyahısındakı alternativ variantlara yönəlib.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm “Yuventus”un heyətində A Seriyasında 36 oyunda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyəli futbolçu UEFA Çempionlar Liqasında isə 10 matçda 1 qol, 3 asist edib.

“San Antonio”dan finalda ilk qələbə: Vembanyama şou göstərdi İspaniya DÇ-ya hazırdır: Peruya 3 qol Niderland Özbəkistanı məğlub etdi: Son dəqiqə qolu FIFA-dan klublara böyük ödəniş: 355 milyon dollar “Çelsi” qapıçı axtarışında – Hədəfdə Mayk Menyan
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью