“Arsenal”a məğlubiyyət Ançelottiyə baha başa gələ bilər

15.04.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Real"ın baş məşqçisi Karlo Ançelotti mövsümün sonunda komandanı tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romanonu sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun yazıdğına görə, italiyalı mütəxəssisin postundan getmə ehtimalı kifayət qədər yüksəkdir. Çempionlar Liqasının 1/4 finalında madridlilər "Arsenal" səddini keçməyəcəyi halda italyan mütəxəssis kreslosunu itirəcək.

Qeyd edək ki, Ançelotti 2021-ci ildən "Real"ı çalışdırır. Onun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью