“Arsenal”da ayrılıq gözlənilir

22.09.2025

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Arsenal”ın hücumçusu Qabriel Jezus klubu tərk etməyi planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı braziliyalı futbolçu mövsümün ilk yarısını çarpaz bağın yırtılması səbəbindən buraxıb.

İddialara görə, “Topçular” artıq tez-tez zədələnən futbolçuya güvənmir.

Jezus qış transfer pəncərəsində – yanvarda komandadan ayrılmağa hazırdır. Forvarda həm Braziliya, həm də Avropadan təkliflər var.

Mənbələr bildirir ki, futbolçu karyerasını əsas heyətdə mühüm rol oynaya biləcəyi klubda davam etdirmək niyyətindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью