Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Arsenal” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Bukayo Saka zədələnib.
İngiltərəli vinger Çempionlar Liqasında “Bavariya” ilə səfər matçında xəsarət alıb. Oyundan sonra baş məşqçi Mikel Arteta mətbuat konfransında Sakanın durumunun ciddi ola biləcəyini qeyd edib.
“Bavariya” – “Arsenal” oyunu 2:2 hesabıyla başa çatıb.
Saka bu mövsüm 10 matçda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.