Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
İngiltərə Premyer Liqası təmsilçilərindən "Arsenal" ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, "topçular"ın müdafiəçisi Qabriel Premyer Liqanın XXX turu çərçivəsində "Fulhem"lə keçirilən matçda (2:1) sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı braziliyalının mövsümü erkən başa vurduğu və yaxın günlərdə əməliyyat olacağı bildirilib.
Qeyd edək ki, Qabriel bu mövsüm "Arsenal"ın heyətində iştirak etdiyi 42 rəsmi matçda 5 qol, 3 assistlə yadda qalıb.
PSJ-nin finaldakı rəqibi bəlli olub Kerem Aktürkoğlundan möhtəşəm performans - VİDEO “Aston Villa”da parlayan ulduz Okan Buruk Mourinyonun ona fiziki müdaxilə etməsi barədə danışıb Mourinyo mətbuat konfransına qatılmadı - Oyunçular açıqlama vermədi