Arsenalda ciddi itki: uzun müddət oynamayacaq

14.01.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Qabriel Jezus sıradan çıxıb.

Braziliyalı futbolçu İngiltərə Kubokunun 1/32 final mərhələsinin "Mançester Yunayted"lə matçında dizindən zədələnib. Jezus uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Arsenal" Qabriel Jezusu 2022-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Braziliya millisinin üzvü olan 27 yaşlı forvard bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью