“Arsenal”da əsas hədəf odur

31.03.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Arsenal” “Sportinq”in və İsveç millisinin futbolçusu Viktor Qyökereş ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. London klubunun hücumçu mövqeyinə əsas namizədi Qyökereşdir.

“Topçular” yay transfer dönəmində “Sportinq”lə danışıqlara başlamağı planlaşdırır.

İsveçli hücumçunun “Sportinq”lə müqaviləsi 2028-ci ilin yayına kimidir. O, bu mövsüm 42 oyunda 42 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью