Arsenalda itki

05.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Arsenal"ın futbolçusu Deklan Rays Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "İnter"lə oyunda iştirak etməyəcək. 

QOL.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. 25 yaşlı futbolçuda ciddi zədə olmasa da, London klubu risk etmək istəmir. Onun "Çelsi"yə qarşı derbiyə qədər hazır olması gözlənilir. 

Qeyd edək ki, "İnter" - "Arsenal" matçı sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью