Arsenalda şok itki: uzun müddət oynamayacaq

23.12.2024

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, London təmsilçisində Bukayo Saka sıradan çıxıb. İngiltərəli vinger Premyer Liqanın 17-ci turunun "Kristal Pelas"la matçının (5:1) 24-cü dəqiqəsində zədələnərək meydanı tərk edib.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta ayaq əzələsindən zədə alan 23 yaşlı ön xətt oyunçusunun durumunun ciddi olduğunu və onun uzun müddət komandaya kömək edə bilməyəcəyini deyib. Yerli mətbuatın məlumatına görə, futbolçu təxminən 6 həftə yaşıl meydanlardan kənar qalacaq.

Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью