“Arsenal”da yay təmizliyi 8 futbolçu satış siyahısında

04.06.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Arsenal” yay transfer pəncərəsində heyətdə ciddi dəyişikliklər edə bilər.

Apasport.az xəbər verir ki, London klubu bir neçə futbolçusu ilə yollarını ayırmağı nəzərdən keçirir.

“The Sun”ın məlumatına görə, “topçular” bu yay 8 oyunçunun satışına razılıq verə bilər. Siyahıda Leandro Trossard, Qabriel Martinelli, Qabriel Jezus, Fabio Vieyra, İtan Nvaneri, Rays Nelson, Kristian Nörqor və Kepa Arrisabalaqanın adları yer alıb.

“Arsenal”ın bu addımı həm heyətdə yenilənmə aparmaq, həm də yeni transferlər üçün büdcə yaratmaq məqsədi daşıyır. Klubun xüsusilə hücum xətti və yarımmüdafiədə dəyişikliklər etməyə hazırlaşdığı bildirilir.
Qeyd edək ki, “Arsenal” ötən mövsüm Premyer Liqanın qalibi olub.

“Tottenhem” Hekkedən "əl çəkmir" – De Zerbi keçiddə israrlıdır Ronaldonun dəyəri kəskin düşdü – 120 milyondan... “Fənərbaxça”da Tuncay Şanlı dönəmi bitdi – Klub əfsanəsi ilə yollar ayrıldı "Bornmut"un baş məşqçisi bəlli oldu Rikelme Haaland iddiasından geri çəkilmir – “Prezident olsam, “Real”da oynayacaq”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью