Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Brügge”nin futbolçusu Kristos Tzolis karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Arsenal” yunanıstanlı vingerin transferində maraqlıdır.
Bu barədə “The Athletic” məlumat yayıb. London klubu 24 yaşlı futbolçu üçün yaxın vaxtlarda hərəkətə keçməyi planlaşdırır. “Arsenal”ın Tzolisin keçidi üçün 40 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, “Brügge” Kristos Tzolisi 2024-cü ilin yayında Düsseldorf “Fortuna”sından 6,5 milyon avroya transfer edib. Yunanıstan millisinin üzvü 2025/26 mövsümündə Belçika təmsilçisinin heyətində 52 rəsmi matçda meydana çıxıb, 22 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.
Çalhanoğlu ehtiyatlı danışdı - “Adları asan gəlir, amma...” DÇ 26-da növbəti skandal: İngiltərə millisi qarət olundu Popoviç Türkiyəni hədələdi - “Zəif yerlərini tapmışam” Hakan Safidən seçki sonrası mesaj: 10 min səs toplamışıq Mourinyonun yerinə Marko Silva - “Benfika”da yeni baş məşqçi