futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Arsenal” heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək niyyətindədir.
Futbolpress.az xəbər verir ki, London klubu “Nyukasl”dan Bruno Gimarayşı transfer etmək istəyir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Topçular” braziliyalı futbolçu üçün 70 milyon avro təklif etməyə hazırlaşır.
Bruno özü də “Arsenal”da oynamaq arzusundadır. Keçidin tamamlanmaq ehtimalı yüksəkdir.
28 yaşlı futbolçu 2021-ci ildən “Nyukasl”ın formasını geyinir.