“Arsenal”dan ayrılıb Braziliya klubuna keçdi

07.06.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

İtaliya millisi və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Jorginyo Braziliyanın “Flamenqo” klubu ilə müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu “qırmızı-qaralar”la 2028-ci ilin yayına kimi müqavilə imzalayıb. O, yeni klubunda 21 nömrə altında çıxış edəcək.

Qeyd edək ki, ötən mövsüm Jorginyo “Arsenal”ın heyətində bütün turnirlərdə 27 oyun keçirib və 1 qol vurub. “Transfermarkt” portalında futbolçunun dəyəri 8 milyon avrodur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью