“Arsenal”dan “Barselona”ya keçə bilər

30.08.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Arsenal”dan “Barselona”ya keçə bilər

“Barselona” “Arsenal”ın hücumçusu Qabriel Jezusun transferi ilə bağlı London klubu ilə razılığa gəlib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Bildirilir ki, 29 yaşlı braziliyalının keçidi ilə bağlı razılaşma yekun mərhələdədir.

Məlumata görə, “Arsenal” bu transferdən 10 milyon avro və müxtəlif bonuslar əldə edəcək. Jezusun avqustun 31-də “Barselona” üçün tibbi müayinədən keçəcəyi gözlənilir.

Qeyd edək ki, Qabriel Jezus 2022-ci ilin yayından “Arsenal”da çıxış edir. O, London klubunun heyətində bütün turnirlərdə 123 oyuna çıxıb, 32 qol vurub və 22 məhsuldar ötürmə edib. Futbolçunun “Arsenal”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью