Icma.az bildirir, futbolpress-az portalına istinadən.
İngiltərənin “Arsenal” klubu yoxlama matçında qələbə qazanıb.
Futbolpress.az xəbər verir ki, Şimali London təmsilçisi üçüncü liqa nümayəndəsi “MK Dons”la qarşılaşıb. “Topçular”ın bazasında baş tutan və qapalı keçirilən görüş Mikel Artetanın komandasının 3:0 hesablı üstünlüyü ilə başa çatıb.
“Arsenal”ın heyətində hücumçu Riss Nelson, həmçinin yarımmüdafiəçilər İtan Nvaneri və Kidah O’Nil fərqləniblər.
Paytaxt klubu növbəti yoxlama oyununu avqustun 1-də İspaniyanın “Xirona” klubuna qarşı keçirəcək.