“Arsenal”dan “Qarabağ”ın sabiq hücumçusunun yanına gedir

08.04.2025

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Arsenal”da çıxış edən yarımmüdafiəçi Jorjinyo İngiltərə klubunu tərk edəcək.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu karyerasını Braziliya çempionatında davam etdirə bilər. “Flamenqo” 33 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

Braziliya klubu mövsüm sonu “Arsenal”la sözləşməsi bitəcək oyunçunu azad agent kimi transfer etməyi düşünür.

“Qarabağ”ın sabiq hücumçusu Juninyo da “Flamenqo”da forma geyinir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью