Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
İngiltərə Liqa Kubokunda futbol tarixinin en böyük sürprizlərindən biri qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, heyətinin ümumi bazar dəyəri rəqibindən 649 milyon 50 min funt-sterlinq çox olan "Arsenal" dördüncü liqa təmsilçisi "Fletvud Taun" qarşısında gözlənilməz məğlubiyyətlə üzləşib.
Qarşılaşmanın əsas vaxtı gərgin mübarizə şəraitində keçərək 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün müraciət olunan penaltilər seriyasında daha dəqiq oynayan "Fletvud Taun" 5:3 hesabı ilə üstün gələrək nəhəng rəqibini turnirdən kənarlaşdırıb və tarixi uğura imza atıb. Dominos pizza