“Arsenal”dan Sterlinq qərarı

02.06.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

“Arsenal”ın yarımmüdafiəçisi Rahim Sterlinq icarə müqaviləsi bitdikdən sonra London klubundan ayrılacaq.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik onun çıxışından narazı qalıb. Bu səbəbdən də futbolçuya yeni müqavilə təklif edilməyib.

Sterlinq sözləşmə ilə “Çelsi”yə məxsusdur. Onun London klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir.

30 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə 28 matçda iştirak edib, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью