“Arsenal”ın baş məşqçisi Martin Odeqardın nə vaxt meydanlara qayıdacağı barədə

17.10.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Arsenal”ın baş məşqçisi Mikel Arteta norveçli yarımmüdafiəçi Martin Odeqardın zədəsini şərh edib.

İdman.Biz bildirir ki, daha əvvəl mətbuat Odeqardın komandanın növbəti matçlarının ən azı doqquzunu buraxacağını yazıb.

“Bu, həftələr çəkəcək... onun qayıtması üçün dəqiq tarix yoxdur, lakin o, sağalmaq üzrədir. Bu mövsüm onun başına gələnlər və zədələri təəssüf doğurur, amma düşünürəm ki, o, bir neçə həftəyə qayıdacaq”, - Arteta deyib.

Odeqard Premyer Liqanın 7-ci turunda “Vest Hem”ə 2:0 hesabı ilə qalib gəldikləri oyunda sol dizindən zədə alıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью