“Arsenal”ın baş məşqçisindən etiraf

17.08.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Londonun “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaqla bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, “Arsenal Radar”a açıqlamasında bildirib.

Qeyd edək ki, “Topçular” yeni mövsümdə çempionatın favoritləri hesab olunur.

“Biz yenidən liqanı qazanmaq istəyirik. Bu istək heç yerə getmir - bunu yenidən yaşamaq, daha möhtəşəm anlar keçirmək istəyirik. Bunun nə qədər çətin olduğunu və bunun üçün nə qədər iş görülməli olduğunu bilirik. Klubumuz hələ Premyer Liqanı ardıcıl iki dəfə qazanmayıb. Buna görə də, açıq-aydın, xüsusi bir şey tələb olunacaq. Amma biz buna hazırıq”, - deyə Arteta bildirib.

Qeyd edək ki, bu gecə Londonun “Arsenal” komandası İngiltərə Superkuboku uğrunda matçda "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью