“Arsenal”ın futbolçusu almanların “radar”ında

14.07.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Arsenal”ın futbolçusu Leandro Trossar karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Bavariya” belçikalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Münhen klubu “Liverpul”dan Luis Diası transfer edə bilməzsə, Trossar üçün hərəkətə keçəcək.

Belçika yığmasının da üzvü olan futbolçu ötən mövsümdə 56 oyunda 10 qol vurub, 10 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью