Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin "Arsenal" komandasının futbolçusu Yurien Timber mövsümlərarası fasilədə əməliyyat olunacaq.
AZƏRTAC xəbər verir ki, cərrahi müdaxilə 23 yaşlı müdafiəçinin ayaq biləyində aparılacaq. Niderlandlı oyunçu sonuncu dəfə Çempionlar Liqasının PSJ ilə keçirilən cavab matçında meydana çıxıb.
Y.Timber bu mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.