“Arsenal”ın futbolçusu “Portu” yolunda

05.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Arsenal”ın futbolçusu Fabio Vieyra karyerasını Portuqaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Portu” 24 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Portu” Fabionu icarə əsasında heyətinə qatmaq istəyir.

Yarımmüdafiəçi 2022-ci ildə 40 milyon avro qarşılığında “Portu”dan “Arsenal”a keçib. O, ötən mövsümdə 11 oyunda meydana çıxıb və 1 qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью