“Arsenal“ın iki futbolçusu zədələnib

12.10.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İngiltərənin "Arsenal" klubunun futbolçuları Pyero İnkapye və Martin Subimendi zədələniblər.

Moderator.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçu UEFA Çempionlar Liqasında Fransanın "Lill" klubuna qarşı keçiriləcək matçı buraxacaq.

Futbolçular İngiltərə Premyer Liqasında "Lids"ə 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra təşkil olunan məşq prosesində xəsarət alıblar. P.İnkapyenin zədəsinin daha ciddi olduğu ehtimal edilir. Oyunçuların bərpa müddəti tibbi müayinələrdən sonra bəlli olacaq.

Komandanın digər zədəli futbolçusu Uilyam Saliba isə fərdi məşqlərə başlasa da, tam hazır olması bir neçə həftə çəkəcək.

Qeyd edək ki, "Arsenal" - "Sabah" matçı yanvarın 28-də İngiltərədə baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью