Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 9 fevral, AZƏRTAC
“Opta” superkompüteri İngiltərə Premyer Liqasının 25 turundan sonra mövsümün qalibi olmağa namizəd komandaları açıqlayıb.
AZƏRTAC xəbər verir ki, hesablamalara görə, əsas favorit “Arsenal” hesab olunur. London təmsilçisinin çempionluq şansı 91,41 faizdir.
İkinci yerdə “Mançester Siti” (7,09 faiz), üçüncü pillədə isə “Aston Villa” (1,36 faiz) qərarlaşıb.
Hazırda turnir cədvəlinə 56 xalla “Arsenal” başçılıq edir. London klubu ən yaxın izləyicisi “Mançester Siti”ni 6 xal qabaqlayır, “Aston Villa” 47 xalla ilk “üçlüy”ü tamamlayır. 39 xalı olan son çempion “Liverpul” isə altıncı sırada yer alıb.
Xatırladaq ki, "Arsenal" sonuncu dəfə Premyer Liqa çempionluğunu 2004-cü ildə qazanıb.