“Arsenal”ın sabiq ulduzunun yeni ünvanı

07.08.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Kristal Pelas” Yaponiya millisinin müdafiəçisi Takehiro Tomiyasunun transferini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, azad agent statusunda olan 27 yaşlı futbolçu yeni komandasında “17” nömrəli formanı geyinəcək. Müqavilənin digər detalları barədə məlumat verilməyib.

Yaponiyalı müdafiəçi keçidi ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib:

“Bu komanda hazırda mükəmməl formadadır, son iki mövsümdə üç titul qazanıb. Məhz burada oynamaq istəyirdim”.

2021–2025-ci illərdə “Arsenal”ın şərəfini qoruyan Tomiyasu London təmsilçisi ilə 2023-cü ildə İngiltərə Superkubokunu qazanıb. Onun son klubu “Ayaks” olub. Təcrübəli futbolçu Niderland təmsilçisinin heyətində 7 matçda meydanda olsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью