“Arsenal”ın sahibi idman imperiyasını genişləndirir: daha bir klub alır

02.09.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 2 sentyabr, AZƏRTAC

Amerikalı biznesmen Sten Kronke sahib olduğu idman komandalarının sayını daha da artırmağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, 79 yaşlı Kronke hazırda “Arsenal”ın kişi və qadın, NFL-də “Los-Anceles Rams”, NBA-da “Denver”, NHL-də “Kolorado”, MLS-də isə “Kolorado Rapids” və lakros liqasında çıxış edən “Kolorado Mammot” komandalarının sahibidir.

ABŞ mətbuatının yaydığı məlumata görə, Sten Kronkenin idman imperiyasına daha bir komanda – beysbol üzrə əsas liqada (MLB) çıxış edən “Los-Anceles Angels” klubu da əlavə olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью