futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Leypsiq”in futbolçusu Antonio Nusa karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Arsenal” 21 yaşlı vingerin xidmətində maraqlıdır. Bu barədə “TEAMtalk” portalı məlumat yayıb. London klubunun nümayəndələri artıq Bundesliqa təmsilçisinin rəsmiləri ilə ilkin danışıqlara başlayıb.
Nusa “topçular”ın qış transfer dönəmindəki əsas hədəfidir. “Leypsiq” norveçli futbolçu üçün 80 milyon avro tələb edir.
Antonio bu mövsüm 15 oyunda 6 qol vurub, 8 məhsuldar ötürmə edib.