Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
London "Arsenal"ı Bukayo Sakanı itirib.
Fanat.Az xəbər verir ki, məlumatı “The Times” yayıb.
Mənbənin məlumatına görə, ingilis futbolçu bud nahiyəsindən aldığı zədə səbəbindən 4-6 həftə “topçular”ın heyətindən kənarda qalacaq. Klub hələlik bununla bağlı rəsmi məlumat yaymayıb.
Saka "Kristal Pelas" - "Arsenal" matçının ilk yarısında zədələnib. Qarşılaşma iki gün əvvəl baş tutub və "Arsenal"ın qələbəsi ilə yekunlaşıb - 5:1.
Saka “Arsenal”ın ulduz futbolçularından olmaqla yanaşı, Premyer Liqanın da ən bahalı oyunçularından biridir.
O, bu mövsüm bütün turnirlərdə 24 matça çıxaraq 9 qol vurub və 13 məhsuldar ötürmə edib.
Mirağa