futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Londonun “Arsenal” klubu “Adidas” brendi tərəfindən hazırlanan 2026/2027 mövsümü üçün üçüncü geyim dəstini nümayiş etdirib.
Futbolpress.az xəbər verir ki, yeni forma açıq sarı rəngdə hazırlanıb. Formanın üzərində “Adidas”ın, titul sponsoru “Emirates”in loqoları və klubun rəmzi olan top şəkli tünd göy rəngdə əks olunub. Yaxa tərəf isə tünd qırmızı və göy rəngli elementlərlə tamamlanıb.
Yeni formanın təqdimatında “Arsenal”ın həm kişi, həm də qadın komandalarının futbolçuları yer alıblar.