Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın yeddinci günündə sərbəst güləş üzrə 61, 70, 86 və 125 kq-da finalçılar bəlli olub.
Nürəddin Novruzov (61 kq) qazaxıstanlı Assil Aytəkinlə 1/8 final görüşündə son saniyədə rəqibinə xal verərək minimal fərqlə məğlub olub – 4:5.
Kənan Heybətov (70 kq) ukraynalı Vasil Şuptarı (8:2) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda amerikalı Zeyn Reterforda uduzub – 0:7.
Arseniy Djioyev (86 kq) Bəhreyn təmsilçisi Xıdır Saypudinovla (7:1) hindistanlı Puşpender Dalal (7:2) üzərində inamlı qələbə qazanıb. Yunanıstanın dünya və Avropa çempionu Georgios Kugiumtsidislə qarşılaşma isə gərgin mübarizə şəraitində keçib. Rəqibini 3:1 hesabıyla üstələyən Djioyev yarımfinala adlayıb. Arseniy finala gedən yolda gürcüstanlı Vladimeri Qamkrelidzeyə şans verməyib – 9:1. İlk dəfə böyüklər arasında dünya çempionatının finalına yüksələn güləşçimiz sabah həlledici görüşdə amerikalı 2 qat olimpiya mükafatçısı və 4 qat dünya çempionu Kayl Deyklə üz-üzə gələcək.
İkiqat Avropa çempionumuz, dünya çempionatının gümüş medalçısı Giorgi Meşvildişvili (125 kq) monqolustanlı Nambardaqva Batbayaranı (10:0) vaxtından əvvəl xalçadan məyus yola saldıqdan sonra türkiyəli Hakan Büyükçınqıla 10:1 hesabıyla qalib gəlib. Yarımfinalda rusiyalı Abdulla Kurbanova (0:5) məğlub olan Giorgi sabah bürünc medal uğrunda görüşə çıxacaq.
Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb Nihat Məmmədli dünya çempionatının finalında Murad Əhmədiyev mundialı medalsız başa vurdu Sənan Süleymanov dünya çempionu olub Eldəniz Əzizli beşinci dəfə dünya çempionu oldu