Arşın mal alan Lənkəran Dövlət Dram Teatrının səhnəsində

30.04.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Lənkəran, 30 aprel, İlkin Adıyev, AZƏRTAC

Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Lənkəran Dövlət Dram Teatrında dahi bəstəkarın məşhur "Arşın mal alan" operettası əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, premyera Azərbaycan milli musiqisinin və teatr sənətinin inkişafında müstəsna rolu olan Üzeyir Hacıbəylinin zəngin irsinin təbliği məqsədilə təşkil olunub.

Tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzər Hüseynova, rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Hüseynov, rəssamı Sevanə Həsənlidir.

Rolları Saleh Əzimzadə, Aynur Əhmədova, Səyyad Əliyev, Teymur Hacızadə, Əbulfəz Axundov, Vəfa Hacızadə, Ayşən Əsədova, Mələykə Cəfərova ifa ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью