Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “Hazırda dünya kinosu çətin dövrünü yaşayır.
Mən hətta deyərdim ki, müstəqil kino ilə məşğul olanlar üçün çox az imkanlar mövcuddur. Kommersiya kinosu üçün isə areal genişdir.
Və bu imkanlar, münbit şəraitlə kommersiya kinosu əsl sənəti arxa plana keçirtməyə yönəlir”.
Bunu Teleqraf.com-a məşhur “Qızıl Qlobus” mükafatçısı, kinorejissor Siddiq Barmak deyib.
“Usamə” debüt filmi ilə dünya kino tarixinə adını yazdıran rejissor bu ekran əsərinə görə “Qızıl qlobus” alıb, Kann, Pusan, London kinofestivallarında mükafatlara layiq görülüb.
“Tiryək müharibəsi” ikinci filmi isə Roma, Batumi, Priştina, Kiş və digər beynəlxalq film festivallarında “Ən yaxşı film” adını qazanıb.
Moskvada ÜDKİ-da magistr dərəcəsi alan sənətkar, rejissorluqla yanaşı Əfqanıstanda ilk kino jurnalı olan “Cinema”nın nəşrində də mühüm rol oynayıb.
O, həmçinin Kabil Universitetində kinodan dərs deyib. Bir neçə sənədli filmə müəlliflik edən rejissor, prodüser kimi də layihələrə imza atıb