Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
İcma: Sənədli film XXI əsrdə irqçiliyin daha bir nümunəsidir Fransa Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir.
Rəsmi Paris Ermənistanın maraqlarına xidmət edərək ölkəmiz haqqında böhtan kampaniyası aparır.
Fransanın Ermənistandakı səfiri Olivye Dekotini də diplomatik etiket qaydalarını unudaraq dəfələrlə Azərbaycana qarşı yalan və böhtanlardan ibarət fikirlər səsləndirib.
Halbuki, onun vəzifəsi təmsil etidiyi ölkə ilə səfir kimi çalışdığı dövlətin əlaqələrinə xidmət etməkdir.
Amma Dekotini vəzifə səlahiyyətlərini aşaraq Ermənistanın “vəkili” funksiyasını yerinə yetirməkdədir.
Telekanal azərbaycanofob, islamofob dairələrin əlində alətdir Digər tərəfdən, Fransanın bir sıra kütləvi informasiya vasitələri də rəsmi Parisin qərəzli mövqeyini ifadə edir.
Buna nümunə olaraq ARTE kanalında “Azərbaycanlılar və türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri törətməyə qadirdirlər” kimi Azərbaycana qarşı böhtan və iftiralarla dolu sənədli film yayımlanmasını göstərmək olar.